Ötən gün İranın paytaxtı Tehran şəhərində Azərbaycan Respublikasının səfirliyinə silahlı hücum nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimi keçirilir.
Lent.az APA-ya istinadən xəbər verir ki, yas mərasimi Yeni Yasamal qəsəbəsində mərhumun evində təşkil olunub.
Orxan Əsgərovun atası Rizvan Əsgərov APA-ya bildirib ki, oğlunun nəşinin bu gün axşam saatlarında İrandan Azərbaycana gətirilməsi gözlənilir.
O qeyd edib ki, dəfn mərasimi sabah keçiriləcək və mərhum Orxan Əsgərov II Fəxri xiyabanda torpağa tapşırılacaq.
Qeyd edək ki, terror aktı nəticəsində iki nəfər yaralanıb. Yaralılar əməliyyat olunub, vəziyyətləri yaxşıdır.
 
                 
                             
     
                                                 
                                                 
                                                