Qüdrət Həsənquliyev
15 oktyabr 2021 13:03 (UTC +04:00)

Qüdrət Həsənquliyev

“Onlar Prezidentə məruzə etsinlər ki, bacarmırlar" - Qüdrət Həsənquliyev

“Niyə səhiyyə qurumlarının rəhbərləri icbari tibbi sığorta sahəsində problemlərlə bağlı özlərində güc tapıb prezidentə müraciət etmirlər?”

Lent.az-ın APA-ya istinadla məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

Deputat bildirib ki, bu sahədə xaricdən mütəxəssislər cəlb etmək lazımdır: “Onlar Prezidentə məruzə etsinlər ki, bacarmırlar. İcbari tibbi sığorta ilə bağlı problemləri aradan qaldırmaq üçün xaricdən mütəxəssislər dəvət edilməlidir. Səhiyyə sahəsində də yanlış qərarlar olur. Bunlardan biri də TƏBİB-in yaradılması olub. Ya bu qurum Səhiyyə Nazirliyinin tabeliyinə verilməli, ya da Səhiyyə Nazirliyi ləğv olunmalıdır”.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirib ki, icbari tibbi sığortanı həyata keçirməzdən öncə dünyanın bir çox ölkəsinin təcrübəsini götürülüb: “Mən öngörən deyiləm ki, bunun nə vaxt tam həyata keçiriləcəyini söyləyim. Onu deyə bilərəm ki, bu sahədə problemlər ilbəil azalacaq”.

# 2178
avatar

Oxşar yazılar