İlk dəfə Cənubi Afrika Respublikasında aşkarlanan "Omicron" ştammını digər viruslardan fərqləndirən əlamət məlum olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Cənubi Afrika Respublikası Tibb Assosiasiyasının prezidenti həkim Anjelika Kotzii açıqlayıb. O bildirib ki, "Omicron"u koronavirusun digər mutasiyaya uğramış variantlarından fərqləndirən əsas xüsusiyyəti boğazda qaşıntının olmasıdır.
Qeyd edək ki, həkim "Omicron"un əsas əlamətlətinin yorğunluq, bədən və baş ağrılarının olduğunu da vurğulayıb.