Ölkədə koronavirusa yoluxanların YAŞ BÖLGÜSÜ  necədir?
12 oktyabr 2021 14:15 (UTC +04:00)

Ölkədə koronavirusa yoluxanların YAŞ BÖLGÜSÜ necədir?

"Bir sual, bir cavab" rubrikasında növbəti mövzu Azərbaycanda COVID-19-a yoluxanların yaş bölgüsü ilə bağlıdır.

Lent.az "koronavirusinfo.az" saytına istinadla xəbər verir ki, ölkədə yeni növ koronavirus infeksiyasına yoluxma hallarına daha çox 30-39 yaş (21 faiz) arasında rast gəlinir.

Bundan sonrakı sırada isə 50-59 yaş (18 faiz) arası şəxslər gəlir. 20-29 yaş arası olanların 16 faizi, 40-4960-69 yaş arası şəxslərin 15 faizi, 10-19 yaş arasının 6 faizi, 70-79 yaş arasının 4 faizi, 0-9 yaş arasının 3 faizi, 80-dən çox yaşı olan şəxslərin isə 2 faizi koronavirusa yoluxur.

Qeyd edək ki, ölkə üzrə yoluxanların 51 faizini qadınlar, 49 faizini isə kişilər təşkil edir.

Xatırladaq ki, Azərbaycanda indiyədək ölkədə ümumilikdə 492 790 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 473 661 nəfər müalicə olunaraq sağalıb, 6 677 nəfər vəfat edib, aktiv xəstə sayı 12 452 nəfərdir.

# 1830
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar