Oğuzda güclü külək əsdi: qaz, işıq kəsildi, kənd yolu bağlandı -  FOTO
28 mart 2022 13:47 (UTC +04:00)

Oğuzda güclü külək əsdi: qaz, işıq kəsildi, kənd yolu bağlandı - FOTO

Oğuzda güclü külək bir sıra fəsadlar törədib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, martın 27-də axşam saatlarından başlayaraq Oğuz rayon ərazisində güclü küləkli hava şəraiti hökm sürür.

Nəticədə Xaçmaz kəndi ərazisində iri gövdəli ağac aşıb. Ağacın aşması səbəbindən ərazidə olan elektrik naqilləri və qaz xətti zədələnib. Gecə saatlarından 8 mindən çox əhalisi olan Xaçmaz kəndinə elektrik enerjisinin və təbi qazın verilməsində müvəqqəti fasilə yaranıb. Xaçmaz kəndindən Filfilli kəndinə gedən yol bağlı qalıb. Hazırda müvafiq qrum nümayəndələri ərazidə təmizlik işləri aparır, elektrik enerjisinin və təbbi qazın bərpa edilməsi istiqamətində təmir işləri aparır.

Güclü külək səbəbindən bu gün günorta saatlarında isə rayon mərkəzində daha bir iri gövdəli ağac yıxılıb. Bu səbəbdən ərazini elektrik enerjisi ilə təmin edən naqillər qırılıb. Hazırda rayonda küləkli hava şəraiti davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2557

Oxşar yazılar