Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən diri doğulan uşaqların sayı açıqlanıb.
Lent.az-ın məlumatına görə, 2020-ci ildə sözügedən rəqəm 17 714 olub.
Qeyd edək ki, 1970-2002-ci illərdə nikahdan kənar doğulan uşaqların sayı dördrəqəmli olsa da, 2003-cü ildən etibarən onların sayı beşrəqəmli olub.
Nikahda olmayan qadınlar tərəfindən doğulan uşaqların sayı ilə bağlı statistikanı təqdim edirik:
- 1970-1979-cu illərdə 71 178 uşaq,
- 1980-1989-cu illərdə 42 132 uşaq,
- 1990-1999-cu illərdə 77 456 uşaq,
- 2000-2009-cu illərdə 164 329 uşaq,
- 2010-2019-cu illərdə 249 245 uşaq.
Bir daha vurğulayaq ki, təqdim etdiyimiz statistika ancaq nikahdankənar doğulan diri uşaqlara aiddir.