Nigeriyadan Azərbaycana bu məhsulların gətirilməsi qadağan edildi
30 iyun 2021 17:47 (UTC +04:00)

Nigeriyadan Azərbaycana bu məhsulların gətirilməsi qadağan edildi

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Nigeriyanın Kano, Niger, Nasarava, Kaduna, Qombe, Bauçi, Plato, Laqos və Edo ştatlarında yüksək patogen "quş qripi" xəstəliyi qeydə alınıb.

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Lent.az-a verilən məlumta görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Nigeriyanın Kano, Niger, Nasarava, Kaduna, Qombe, Bauçi, Plato, Laqos və Edo ştatlarından bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Nigeriya Federativ Respublikasından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

# 65418
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar