Nazirliyin mətbuat katibi işdən getdi
12 fevral 2021 16:35 (UTC +04:00)

Nazirliyin mətbuat katibi işdən getdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova vəzifəsindən ayrılıb.

Lent.az xəbər verir ki, bu barədə o özünün "Facebook" profilində məlumat paylaşıb:

"Əziz dostlarım, həmkarlarım!

Bu gündən artıq illərdir çalışdığım iş yerimdən ayrılmaq qərarı aldım və rica edirəm heç kəs səbəb axtarmasın. Çünki bu dünyada insan həyatı belə əbədi deyil. Keçmişə hörmət, gələcəyə inamla davam etməliyik hər bir yolun sonunda. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və kollektivi bundan sonra da mənim üçün doğma olacaq!

P.S...hələ ki, işdəyəm, sorğularla müraciət edən dostlar, narahat olmayın müraciətlərinizi müvafiq qurumlara ünvanlamışam, kömək edəcəm iş sonuna qədər".

# 2739
avatar

Oxşar yazılar