Nazirlikdən müəllimlər günü ilə bağlı XƏBƏRDARLIQ
24 sentyabr 2025 10:04 (UTC +04:00)

Nazirlikdən müəllimlər günü ilə bağlı XƏBƏRDARLIQ

0

Elm və Təhsil Nazirliyi müəllimlər günü ilə bağlı xəbərdarlıq edib.

Lent.az-a bu barədə MÜTDA-dan xəbər verilib.

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü ərəfəsində bütün təhsil işçilərini təbrik edir, bu şərəfli və məsuliyyətli işdə hər birinizə uğurlar arzulayırıq!

Bildiyiniz kimi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq Qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları” təsdiq edilib.

Bu Qaydaların əsas məqsədi təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə eləcə də təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin, həmçinin şəffaflığın artırılmasına, bunlarla yanaşı maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarətdir.

Qeyd edilənləri nəzərə alaraq, 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi adı altında onlara hər hansı maddi, eləcə də qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması, həmçinin bu kimi neqativ halların baş verməsi qəti şəkildə qadağan edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar