Nazirlikdən kəskin hava şəraiti ilə bağlı qurumlara TAPŞIRIQ
17 fevral 2021 21:23 (UTC +04:00)

Nazirlikdən kəskin hava şəraiti ilə bağlı qurumlara TAPŞIRIQ

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və qurumları 17-19 fevral tarixlərində respublika ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, tabeli qurumlara xidmətlərin fasiləsizliyinin təmin edilməsi üçün əlavə zəruri tədbirlərin görülməsi ilə bağlı tapşırıq verilib. 

Bura məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrində növbəli iş rejiminin təşkili üzrə müvafiq tədbirlərin görülməsi daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8745
avatar

Oxşar yazılar