Nazirlikdən bağçalarla bağlı  YENİ QƏRAR
18 yanvar 2022 18:51 (UTC +04:00)

Nazirlikdən bağçalarla bağlı YENİ QƏRAR

Təhsil Nazirliyində uşaq bağçalarının müdirləri barədə müsbət qərar verilib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, məktəbəqədər təhsil müəssisəsinin çalışmanın yaş həddinə çatmış müəssisə rəhbərləri və pedaqoji işçiləri ilə bağlanmış əmək müqaviləsinin müddətinin 2022-ci il iyunun 30-dək uzadılması barədə nazirlikdə rəsmi qərar verilib.

Qeyd edək ki, müqavilə müddətinin uzadılması yaş həddinə çatmış şəxslərin razılığı əsasında aparılacaq.

Xatırladaq ki, 2021-ci il dekabrın 20-dən etibarən müvafiq sərəncama əsasən, dövlət məktəbəqədər müəssisələri Təhsil Nazirliyinin tabeliyinə verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3222
avatar

Aytəkin Cəlali

Oxşar yazılar