Maskaya görə cərimələnən qadın
19 fevral 2021 10:49 (UTC +04:00)

Maskaya görə cərimələnən qadın

Nazirlik maska taxanlara təşəkkür etdi: - "Cərimə etməkdə maraqlı deyilik"-VİDEO

Daxili İşlər Nazirliyinin mətbuat xidməti vətəndaşların tibbi maskadan düzgün istifadə etməsi üçün maarifləndirici məlumat yayıb.

Lent.az-ın məlumatına görə, bildirilir ki, nə dövlət, nə polis kiminsə bu qaydaları pozmasına görə cərimələnməsində maraqlı deyil. Pandemiya şəraitində vətəndaşlarımız qaydalara ciddi əməl etməklə, özünü yaxınlarını, bütövlükdə cəmiyyəti bu bəladan qorumalıdır:

"İnzibati cərimə çəkindirici xarakter daşıyır, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədindən irəli gəlir. İndiki şəraitdə bu məsuliyyət hər birimizin həyat tərzi olmalıdır. Bir daha diqqətə çatdırırıq ki, xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının hansısa vətəndaşın cərimə edilməsində maraqlı deyil. Yetər ki, vətəndaşlar tibbi maskadan düzgün istifadə etsinlər.

Təkcə Azərbaycanda yox, dünyanın bütün ölkələrində pandemiya ilə əlaqədar hüquq normaları var. Bu hüquq normalarının təmin edilməsinə ciddi nəzarət olunur.

Bir sıra dövlətlər tərəfindən pandemiyanın geniş yayılmasının qarşısının alınmasında müəyyən edilən qaydaların yerinə yetirilməsi üçün daha sərt cəza tədbirləri həyata keçirir. Məsələn, tibbi maskalardan istifadə etməyən şəxslər Türkiyədə 219 manat, Almaniyada 307 manat, Böyük Britaniyada 235 manat, Fransada 276 manat, ABŞ-da 510 manatdan 550 manata qədər cərimlər tətbiq edilir. Elə ölkələr var ki, orada daha yüksək cərimələr olmaqla yanaşı, 30 sutka həbs qərarı olan hüquq normaları tənzimlənir.

Hər bir vətəndaşı bu qaydalara əməl etməyə çağırırıq. Qaydalara əməl edən vətəndaşlara isə təşəkkür edirik".

DİN tibbi maskadan düzgün istifadə edilməsinə görə, müraciət etdi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5436
avatar

Mehman Nəbiyev

Oxşar yazılar