"Bu gün 120 il əvvəl əsası Hacı Zeynalabdin Tağıyev tərəfindən qoyulmuş Qızlar Məktəbinin yubileyinə həsr olunmuş tədbirdə iştirak etdim".
Lent.az məlumat verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev bildirib ki, bu təhsil ocağı Azərbaycanda qızların dünyəvi təhsilinin əsasını qoyub, bütün müsəlman Şərqində təhsil sahəsində inqilabi hadisəyə çevrilib:
"Qızların təhsili cəmiyyətimizin inkişafı və gələcək nəslin tərəqqisi baxımından həlledici rola malikdir.
Hazırkı dövrdə ölkəmizin təhsil sahəsində qadınlar aparıcı qüvvədir. Bəzi hallarda ictimai rəydə kişi müəllimlərin sayca azlıq təşkil etdiyi xüsusi olaraq vurğulanır. Qızların təhsildən kənarda qalmaması, ali təhsilli xanımlarımızın çoxalması, texniki və fundamental elm sahələrində qadın mütəxəssislərin hazırlanması, qız şagirdlərin olimpiadalarda iştirakı, STEAM və proqramlaşdırma tədrisinə cəlb edilməsi Təhsil Nazirliyinin əsas prioritetlərindəndir.
Bu gün qeyd olunan Beynəlxalq Qızlar Günü münasibətilə bütün qızlarımızı təbrik edir, onlara ölkəmizin inkişafında faydalı vətəndaş olmağı arzulayıram".