Naxçıvan Muxtar Respublikasına yeni təyin olunan Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sakinlərlə görüşə başlayıb.
Lent.az xəbər verir ki, Fuad Nəcəflinin dünən axşam saatlarında Naxçıvan şəhərində sadə əhali arasında görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, o, insanlarla yaxından ünsiyyətdə olmaq üçün şəhər küçələrini gəzib.
F.Nəcəfli daim sadə insanların arasındadı olacağını və onlarla yaxın təmasda işləməyi əsas fəaliyyət istiqaməti kimi götürəcəyini bildirib.