Naxçıvana  güclü leysan yağıb,   dolu düşüb
22 may 2023 19:29 (UTC +04:00)

Naxçıvana güclü leysan yağıb, dolu düşüb

Bu gün Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarına dolu düşüb, leysan xarakterli yağış yağıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, dolu meyvə ağaclarına, təsərrüfata zərər vurub, avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb.

Eyni zamanda, güclü yağıntı və külək bəzi ağacların da qırılmasına səbəb olub.

Hazırda muxtar respublikada yağıntılı hava şəraiti davam edir.

# 2061
avatar

Oxşar yazılar