"Naftalan Sağlamlıq Mərkəzi”  CƏRİMƏLƏNDİ   -  SƏBƏB
15 oktyabr 2021 11:08 (UTC +04:00)

"Naftalan Sağlamlıq Mərkəzi” CƏRİMƏLƏNDİ - SƏBƏB

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları Naftalan şəhəri, N. Gəncəvi 20 ünvanında fəaliyyət göstərən “Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus ictimai iaşə sahəsinə baxış keçirib.

Qurumdan Lent.az-a verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin, həmçinin sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib. Müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib. Eyni zamanda müəssisənin qida məhsullarının saxlanıldığı anbarda mal qonşuluğu qaydalarına əməl edilmədiyi, istehlak üçün nəzərdə tutulmuş ət və ət məhsullarının, süd və süd məhsullarının baytarlıq - sanitariya ekspertizasından keçmədiyi və istifadə müddəti bitmiş qida məhsulları aşkarlanıb. Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

 

# 2760
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar