Yanvarın 25-dən muzey və sərgi zallarının fəaliyyətinə icazə veriləcək.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.
Qərara əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən ölkə ərazisində muzey və sərgi zallarının fəaliyyətinə icazə veriləcək.