Müsavatçını öldürən direktor müavini ilə bağlı rəsmi AÇIQLAMA
15 may 2024 13:10 (UTC +04:00)

Müsavatçını öldürən direktor müavini ilə bağlı rəsmi AÇIQLAMA

Cinayət törətməkdə təqsirləndirilən direktor müavini pedaqoji fəaliyyətlə məşğul olmayıb.

Lent.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, üç ilə yaxındır ki, direktor və direktor müavinlərin işə qəbulu müsahibə mərhələsi ilə aparılır. 55 nömrəli məktəbin direktor müavini Elsevər İslamov ilə bağlı cinayət işinə gəldikdə isə o qeyd edib ki, adı əkilən şəxs məktəbdə təsərrüfat işləri ilə məşğul olub: “O, pedaqoji fəaliyyətlə məşğul olmayıb. Yaxşı olar ki, istintaqın yekun nəticəsini gözləyək".

Qeyd edək ki, mayın 9-da Bakı şəhərinin Xətai rayonu ərazisində 55 nömrəli məktəbin təsərrüfat işləri üzrə direktor müavini Elsevər İslamov orada mühafizəçi işləyən Natiq Mehdi Məhəmməd oğlunu öldürüb.

Direktor müavini iş yoldaşını öldürəndən sonra Xəzər rayonu ərazisində basdırıb.

Natiq Mehdinin meyiti basdırıldığı yer Elsevər İslamovun istintaqa verdiyi ifadə əsasında müəyyən olunaraq çıxarılıb.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsilə işi başlanıb. Elsevər İslamov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Xatırladaq ki, Natiq Mehdi (Ulubəy) Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3540
avatar

Oxşar yazılar