Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Mübariz Mənsimov İstanbuldan çıxmamaq şərti ilə ev həbsindən azad edilib.
Lent.az xəbər verir ki, bu barədə onun köməkçisi Fidan Quliyeva sosial şəbəkədəki hesabında yazıb.
Xatırladaq ki, Türkiyədə FETÖ ilə əlaqədə ittiham edilərək həbs olunan və İstanbul 27-ci Ağır Cəza Məhkəməsində haqqında cinayət işi açılan Mübariz Mənsimov martın 5-də azadlığa (ev həbsi nəzərdə tutulmaqla) çıxmışdı.