MŞ sədri:  “Jurnalistlər sosial sığorta olunmalıdır"
30 iyun 2021 18:30 (UTC +04:00)

MŞ sədri: “Jurnalistlər sosial sığorta olunmalıdır"

“Jurnalistlər sosial sığorta olunmalıdır. Başqa-başqa ölkələrdə artıq bu problem öz həllini tapıb”.

Bu fikirləri Lent.az-a açıqlamasında Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib.  

O, qeyd edib ki, inkişaf etmiş ölkələrdə jurnalistlər nəinki sosial sığorta, müharibə vaxtı, fövqəladə hallar zamanı hansı ölkələrə səfər edirlərsə, onlar xüsusi olaraq sığorta olunurlar: “Bundan kifayət qədər bəhrələnirlər. Mən elə bilirəm ki, bu problem Azərbaycan jurnalistikasının qarşısında duran ən vacib problemdir və həllini tapmalıdır”.

# 1266
avatar

Nigar Adil

Oxşar yazılar