Vətən müharibəsi əlilləri ilə görüş
28 dekabr 2020 17:03 (UTC +04:00)

Vətən müharibəsi əlilləri ilə görüş

Milli Məclisin vitse-spikeri müharibədə yaralanan hərbçilərlə görüşdü - FOTOLENT-VİDEO

Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərin müalicəsi, eləcə də onların sağlamlıqlarının bərpası hər zaman diqqət mərkəzində saxlanılır.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, Milli Məclis sədrinin müavini Adil Əliyev və Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifələrini icra edən polkovnik Elxan İbrahimov Vətən müharibəsində yaralanan və Buzovna qəsəbəsindəki Sanator-Kurort Reabilitasiya Mərkəzində müalicələrini davam etdirən hərbçilərlə görüşüblər. Onlar reabilitasiya mərkəzində hərbçilərin müalicəsi və burada yaradılan şəraitlə yaxından maraqlananıblar.

A.Əliyev və E.İbrahimov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğıdan, Vətən müharibəsində qələbəmizin əhəmiyyətindən danışaraq yaralı hərbçilərin tezliklə sağalaraq ailələrinə və xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Sonda mərkəzdə müalicə alan yaralı hərbi qullquçulara hədiyyələr təqdim olunub.

Vətən müharibəsi əlilləri ilə görüş keçirilib

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1908
avatar

Mehman Nəbiyev

Oxşar yazılar