Meymunçiçəyinə yoluxanın vəziyyəti necədir? - TƏBİB-dən AÇIQLAMA
27 yanvar 2025 10:39 (UTC +04:00)

Meymunçiçəyinə yoluxanın vəziyyəti necədir? - TƏBİB-dən AÇIQLAMA

Meymunçiçəyinə yoluxmuş şəxsin vəziyyəti açıqlanıb.

Lent.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

"Meymunçiçəyi virusuna yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi davam etdirilir, hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir", - məlumaqtda deyilir.

Qeyd edək ki, Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatında 02-11 yanvar 2025-ci il tarixlərində 22 yaşlı Azərbaycan vətəndaşının xarici ölkəyə turistik səfər etdiyi və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət etməsi, onada meymunçiçəyi virusunun aşkarlanması bildirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1416
avatar

Lent.az

Oxşar yazılar