Məşhur "Şır-Şır" restoranı və...  CƏRİMƏLƏNDİ   -  SİYAHI
25 avqust 2021 16:26 (UTC +04:00)

Məşhur "Şır-Şır" restoranı və... CƏRİMƏLƏNDİ - SİYAHI

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 24-də ölkə üzrə 405 ictimai iaşə obyektində 690 monitorinq keçirilib.

Qurumdan Lent.az-a verilən məlumata görə, monitorinqlər zamanı 5 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1.  Bakı şəhəri, Binəqədi rayonu, Ə. Rəcəbli küç., ev 292m ünvanında yerləşən, fiziki şəxs Hüseynov Orxan Elburus oğluna məxsus “Şır-Şır" restoranı;

2.  Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., ev 95 ünvanında yerləşən, hüquqi şəxs "Koala" MMC-yə məxsus restoran;

3.  Bakı şəhəri,Səbail rayonu, Z. Əliyeva küç., ev 3 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Fərid Təyyar oğluna məxsus “All Mood” kafesi;

4.  Bakı şəhəri,Yasamal rayonu, Şərifzadə küç., ev 174 ünvanında yerləşən, fiziki şəxs Tağıyeva Nurlana Faxrəddin qızına məxsus “Kolorit” kafesi;

5.  Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küç., ev 174 ünvanında yerləşən, fiziki şəxs Kazımov İlqar Orucəli oğluna məxsus kafe.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4125
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar