Mərkəz rəisi:   “Anafilaktik şok olmadığı halda peyvənd əks göstəriş sayılmır”
20 noyabr 2021 12:37 (UTC +04:00)

Mərkəz rəisi: “Anafilaktik şok olmadığı halda peyvənd əks göstəriş sayılmır”

“Peyvəndin tərkibindəki hər hansı komponentə qarşı allergik reaksiya xaricində vaksinlərin əks göstərişi ilə bağlı məlumat yoxdur”.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, bunu həkim infeksionist Mədinə Abdullayeva "COVID-19: Erkən və gecikmiş fəsadlar" beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, anafilaktik reaksiyalar olan insanlarda xəstəxana şəraitində vaksin vurdurmaları lazımdır: “Onların peyvənd vurdurduqdan sonra 1 saata qədər xəstəxanada olması tövsiyə olunur. Digər hər hansı xəstəliklərlə bağlı əks göstərişlər yoxdur”.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov qeyd edib ki, xəstələrə səhv istiqamət verilir: “İnsanlarda bu qədər çaşqınlıq yaradan biz həkimlərik. Qorxu içində peyvənd vurdurmamaq bəzi insanların günahı ola bilər, amma onlar həyatını itirdiyi halda bunun məsuliyyəti bizə də düşür”.

O bildirib ki, anafilaktik şok olmadığı halda peyvənd əks göstəriş sayılmır.

# 1944
avatar

Oxşar yazılar