Məktəblərdəki istilik problemi NƏZARƏTƏ GÖTÜRÜLDÜ  - YENİLƏNİB
16 noyabr 2021 17:06 (UTC +04:00)

Məktəblərdəki istilik problemi NƏZARƏTƏ GÖTÜRÜLDÜ - YENİLƏNİB

Bakı şəhər Təhsil İdarəsi məktəblərdəki istilik probleminə aydınlıq gətirilib. 

Bakı şəhər Təhsil İdarəsindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəblərin istiliklə təminatı məsələsi tam nəzarətə götürülüb:

Əməkdaşlar tərəfindən monitorinqlər davam edir. Məktəblərin istiliklə təmin olunmasında hər hansı problem aşkarlandığı təqdirdə, səbəbi müəyyənləşdirilərək aradan qaldırılması üçün müvafiq tədbirlər görülür, aidiyyəti qurumlara müraciət olunur.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 133-ü “Azəristilik” ASC tərəfindən mərkəzləşdirilmiş qaydada, 179-u fərdi qazanxana vasitəsilə, 7-si isə fərdi və mərkəzləşdirilmiş qaydada istiliklə təchiz edilib.

***

saat 14:01

Xəbər verildiyimiz kimi, noyabrın 15-dən ölkə ərazisində məktəblərdə istiliyin verilməsinə başlanılmalı idi. Amma hələ də bəzi məktəblər var ki, istiliklə təmin olunmayıb. 

Nəzərə alsaq ki, bu gün ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. 

Lent.az-a müraciət edən valideynlər bildiriblər ki, Bakının 194, 280, 281, 196, 270, 76 və 316 saylı, həmçinin Xırdalan şəhəri 9 saylı orta məktəblərində hələ də istilik yoxdur: "Uşaqlarımız soyuqdan donur. Xəstələnməsinlər deyə onları dərsə göndərmirik". 

Məsələ ilə bağlı Təhsil Naziliyinə sorğu göndərsək də, nazirlikdən sorğumuza cavab ala bilmədik. 

“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev isə bildirir ki, onların tabeliyində olan bütün məktəblər istiliklə təmin olunub:

”Bizə hər hansı məktəbdən istiliyin olmaması ilə bağlı məlumat daxil olmayıb. Tabeliyimizdə olan 281 məktəbin hər birinə istilik verilib”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6069
avatar

Aytəkin Cəlali

Oxşar yazılar