Ötən il təhsil müəssisələrində olan ölüm halları açıqlanıb.
Lent.az-ın məlumatına görə, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında qeyd edilib. 2021-ci ildə təhsil müəssisələrində ölüm hallarının sayı 90 olub.
Bildirilib ki, onlardan 57-si bakalavriat, 6-sı magistratura, 16-sı tam orta ixtisas, 11-i isə ümumi orta ixtisas bazası üzrə təhsil alanlar olub.