Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda 149 saylı məktəbin 15 şagirdinin naməlum səbəbdən özünü pis hiss etməsi ilə bağlı araşdırma aparır.
Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq AQTA-dan bildirilib.
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək" - məlumatda deyilib.