Məktəb bufetləri ilə bağlı  YENİ QƏRAR
22 sentyabr 2021 10:13 (UTC +04:00)

Məktəb bufetləri ilə bağlı YENİ QƏRAR

0

Nazirlər Kabineti yeni tədris ilinin başlaması ilə bağlı qərar verib.

Lent.az məlumat verir ki, yeməkxanalara (bufetlərə) dair tələblərdə bildirilib ki, yeməkxana (bufet) girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitələri qoyulacaq:

"- təhsil alanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla yuması üçün şərait yaradılır;

- ümumi istifadə üçün nəzərdə tutulan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur, növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır;

- yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl etməli, əlcək və tibbi maska taxmalıdır;

- yeməkxanada növbə yerləri döşəmənin üzərində işarələrlə ayrılır;

- yemək hazırlanmasında istifadə edilən avadanlıq və qurğular başqa məqsədlər üçün istifadə edilmir;

- yeməkxanada stollar arasındakı məsafə 2 metrdən az, oturacaqların ara məsafəsi isə 1 metrdən az olmamalıdır (internat tipli və uşaqların gecələdiyi digər təhsil müəssisələri istisna olmaqla);

- təhsil alanların yeməkxanadan (bufetdən) növbəli (qrafik üzrə) istifadəsi təmin edilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4910

Oxşar yazılar