Mehriban Əliyeva, Birinci vitse-prezident
20 mart 2021 09:35 (UTC +04:00)

Mehriban Əliyeva, Birinci vitse-prezident

Mehriban Əliyevadan Şuşa görüntülü Novruz bayramı təbriki

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

“Əziz həmvətənlər!

Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, gözəl əhval-ruhiyyə, bol sevincli və xoşbəxt anlar arzulayıram. Təbriklərə və xoş arzulara görə hər kəsə minnətdaram. Sevginizə, səmimiyyətinizə, etimadınıza, hörmət və diqqətinizə görə çox sağ olun! Qoy təbiətin oyanması və yenilənməsinin rəmzi olan bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğma və yaxınlarına səbir versin. Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN”.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib

# 3591
avatar

Oxşar yazılar