Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı məzarı ziyarət olunub-FOTO
31 yanvar 2021 14:29 (UTC +04:00)

Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı məzarı ziyarət olunub-FOTO

Bu gün 1918-1920-ci illərdə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan milli istiqlal hərəkatına başçısı, siyasi-ictimai xadim Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Azərbaycanın Türkiyədəki Səfirliyinin kollektivi Məhəmməd Əmin Rəsulzadənin Ankarada yerləşən Əsri məzarlığındakı  məzarını ziyarət edib.

Tarixi şəxsiyyətin məzarına əklil qoyulub, ruhuna dualar oxunub.

# 1827
avatar

Oxşar yazılar