MEDİA yeni ofisində
15 iyul 2021 11:34 (UTC +04:00)

MEDİA yeni ofisində

Bu gün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) media subyektləri və jurnalistlərlə əlaqələrin daha səmərəli və asan qurulmasına, jurnalistlərin qəbulunun müasir standartlara uyğun həyata keçirilməsinə, işçilərin əmək şəraitinin daha da yaxşılaşdırılmasına şərait yaradılması məqsədilə Yasamal rayonu, Zahid Xəlilov küçəsi 36 ünvanında yerləşən yeni ofisə köçüb.

MEDİA-dan Lent.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq hazırda “Dövlət satınalmaları haqqında” qanuna əsasən icarə xidmətinin, mebel və digər təsərrüfat inventarlarının, telekommunikasiya və şəbəkə sisteminin qurulması üçün zəruri olan sistem və avadanlıqların satınalınması həyata keçirilməkdədir.

Qeyd olunan tədbirlərin həyata keçirilməsi yekunlaşdırıldıqdan sonra Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə yaradılmış MEDİA Agentliyi eyni məsuliyyət və peşəkarlıqla üzərinə düşən vəzifə və öhdəliklərinin icrasını yeni inzibati binasında davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2184

Oxşar yazılar

 Leysan yağacağı   XƏBƏRDARLIĞI

Leysan yağacağı XƏBƏRDARLIĞI

19 may 2025 , 12:34
Bağçalara qəbul dayandırılır

Bağçalara qəbul dayandırılır

19 may 2025 , 12:00
Qəbul imtahanları ilə bağlı DİM-dən müraciət

Qəbul imtahanları ilə bağlı DİM-dən müraciət

19 may 2025 , 11:45
Bakıda leysan olacaq - XƏBƏRDARLIQ

Bakıda leysan olacaq - XƏBƏRDARLIQ

19 may 2025 , 10:45
Sürücülük vəsiqəsi olanlar yenidən imtahan  verə bilərlər

Sürücülük vəsiqəsi olanlar yenidən imtahan verə bilərlər

19 may 2025 , 10:42
Mayın ikinci yarısında şanslı olacaq  BÜRCLƏR

Mayın ikinci yarısında şanslı olacaq BÜRCLƏR

19 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

19 may 2025 , 08:15
Külək elə güclənir ki, küçəyə çıxa bilməyəcəyik - XƏBƏRDARLIQ

Külək elə güclənir ki, küçəyə çıxa bilməyəcəyik - XƏBƏRDARLIQ

18 may 2025 , 18:32