Məcburi köçkünlərin imtiyazları nə vaxt kəsiləcək? - Deputatdan CAVAB
12 fevral 2021 12:50 (UTC +04:00)

Məcburi köçkünlərin imtiyazları nə vaxt kəsiləcək? - Deputatdan CAVAB

“Məcburi köçkünlər öz ərazilərinə gedənədək onların məcburi köçkün statusu götürülməyəcək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev deyib.

Deputat bildirib ki, bütün imtiyazları da olduğu kimi qalacaq: “Heç kim bu kimi fikirləri yaymağa çalışmasın. Onların övladlarının da məcburi köçkün statusu götürülməyəcək. Onların övladlarının təhsil haqqını dövlət qarşılayacaq”.

# 3429
avatar

Oxşar yazılar