Maska rejiminin tətbiqindən sonra qoruyucu maskalar taxmaq istəməyən insanlar aldatmağa başladılar: tələbi atlatmaq üçün üzünə dəsmal və ya şərf çəkən biri ilə qarşılaşmaq nadir fakt deyil.
Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, Moskva ətrafındakı Korolyova sakini bu mənada rekorda imza atıb. Yerli bir fast food restoranında maska taxması istənildikdən sonra “trusiki”ni (alt paltarını) üzünə çəkib.
Qadın restorana maskasız daxil olub. O, əməkdaşların pulsuz təklif etdiyi qoruyucudan istifadadən nədənsə imtina edib. Adı çəkilməyən müştəri əvvəlcədən qurduğu plana uyğun olaraq, yaxud anidən düşünərək çantasından qadın “trusiki” çıxararaq üzünə taxıb. Həmin an müşahidə kameralarına da düşüb.
Kafe işçiləri fərasətli xanımı incitməyiblər: sakitcə ona bir neçə şüşə pivə və burger satıblar.