Maşınlara yenə may-noyabr aylarında  plyonka vurmağa icazə verilir? - RƏSMİ CAVAB
23 fevral 2023 15:59 (UTC +04:00)

Maşınlara yenə may-noyabr aylarında plyonka vurmağa icazə verilir? - RƏSMİ CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bugünki mövzusu avtomobillərə plyonka və ya jalüz vurulması barədə məhdudiyyətin aradan qalxmasıdır.

Xəbər verdiyimiz kimi, sabahdan etibarən ölkədə nəqliyyat vasitələrinə plyonka çəkilməsi və jalüz vurulması barədə yeni qərarlar qüvvəyə minir.

Ancaq bu məsələdə əksəriyyətə qaranlıq qalan məqamlar var. Onlardan əsası plyonka və jalüzlərə yenə əvvəlki kimi may ayından noyabradək icazə verilməsidir. Bəziləri elə bilir ki, yeni qərarın əvvəlkindən fərqi yoxdur. Yəni, bu dəfə də bəzi sürücülər avtomobillərinə yalnız may ayından noyabradək plyonka çəkə biləcəklərini düşünürlər.

Məsələni aydınlaşdırmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Şöbədən bildirildi ki, yeni qərar may-noyabr mövsümü nəzərdə tutulmur. Yəni, artıq daimi olaraq, sürücülər avtomobillərinə plyonka çəkə və jalüz quraşdıra bilərlər. Ancaq əvvəlki icazələrdən fərq ondadır ki, indi ön şüşənin yuxarı hissəsinə 15 sm-lik plyonka vurmağa da icazə verilir. Ön şüşənin yuxarı hissəsi dedikdə, zavodun günəş işığından müdafiə üçün istehsal etdiyi 15 sm-lik hissə nəzərdə tutulur.

Qeyd edək ki, fevralın 24-dən etibarən nəqliyyat vasitələrinin arxa yan, yük yerinin yan və arxa şüşəsinə plyonka və ya jalüz çəkilməsinə icazə verilir. Bu barədə daha ətraflı əvvəl verdiyimiz xəbərdən məlumat ala bilərsiniz.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3345
avatar

Mehman Nəbiyev

Oxşar yazılar