Maşın alanların bilməsi VACİBDİR  - "Oğul atasını bazarda necə aldatdı?"
17 sentyabr 2021 17:03 (UTC +04:00)

Maşın alanların bilməsi VACİBDİR - "Oğul atasını bazarda necə aldatdı?"

Sosial şəbəkədə yayılan dələduzluq şikayətlərindən aydın olur ki, belə faktların daha çoxu avtomobil alqı-satqısı zamanı meydana gəlir. Şikayətlərə əsasən deyə bilərik ki, bəziləri özlərini alverçi olaraq təqdim edir və sosial şəbəkə vasitəsilə alıcılardan beh alıb yoxa çıxırlar. Ancaq bu sahədə dələduzluq təkcə bununla bitmir. Avtomobil alıcılarının başına gətirilən oyunları  saymaqla bitməz.

Maşın alqı-satqısı zamanı istifadə edilən dələduzluqları, alıcılara vacib olan məqamları bazar araşdırmaçısı Sərxan Qədirov Lent.az-a açıqlayıb. O bildirib ki, alıcılar mütləq maşını servis yaxud rəsmi dillerlərə aparıb yoxlatdırmalıdır:

“Avtomobil alqı-satqısı zamanı müxtəlif cür dələduzluqlar olur. Buna görə də, məsləhətdir ki, alıcılar alacaqları avtomobili rəsmi dillerlər və ya servislərdə yoxlatdırsınlar. Elə insanlar olur ki, öz tanış ustalarını aparır bazara ki, ona maşın alsın. Hətta o usta belə alıcını aldadır. Həmin usta maşını satdığı halda calaq pul istəyəcəyini deyir. Heç kim də onların dialoqunu aşkarlaya bilmir. Hətta görmüşəm ki, oğul atasını aparıb maşın bazarında aldadır. Ona baha qiymətə maşın alıb satıcıdan pul istəyir. Gərək alıcı maşını götürüb servisə aparsın ustalar da ətraflı yoxlasın. Aşkarlanan problemlər yazılı şəkildə qeyd olunmalıdır. Alqı-satqı zamanı həmin problemlər də qabardılmalıdır. Məsələn, Türkiyədə elədir. Həmin avtomobili daha sonra satarkən də aldığı zaman üzə çıxan problemləri yeni sahibə təqdim edir. Avtomobilin yürüşü çox vaxt geri çəkilir. Bu isə bəzi alverçilərin əlində ən asan şeydir.

İndi əsas problemli maşınlar Amerikadan gələnlərdir. Əvvəl həmin maşınlar xırda problemlə gəlirdisə, indi onlar elə vəziyyətdə olur ki, hətta iki maşından birini yığırlar. Amerikadan gələn maşınlara xüsusi diqqət yetirmək lazımdır ki, vuruğu, zərbə alması olmasın. Həmin maşınların hava yastıqlarında problem çox olur. Məsələn, müğənni Aslan Hüseynovun maşını Amerikadan gələn “BMW” idi. Yol qəzasında hava yastıqları açılmamışdı deyə vəfat etdi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8046
avatar

Mehman Nəbiyev

Oxşar yazılar