Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu martın 7-də orta məktəblərdə dərs prosesinin necə təşkil olunacağı ilə bağlıdır.
Dünən baş nazir Əli Əsədovun “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2022-ci il martın 7-si iş günü ilə martın 5-i istirahət gününün yerləri dəyişdirilib.
Maraqlıdır, 5 günlük və 6 günlük orta təhsil müəssisələrində tədris prosesi necə nizamlanacaq?
Məsələ ilə bağlı Lent.az-ın sorğusunu Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov cavablandırıb.
Onun sözlərinə görə, 5 günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il martın 5-i iş günü, 7-si isə qeyri-iş günü hesab edilir:
"Bundan əlavə, altı günlük iş həftəsi olan təhsil müəssisələrində isə martın 5-i iş gününə təsadüf etdiyindən növbəti həftənin bazar ertəsi – martın 7-si iş günü hesab edilir".