Magistraturaya qəbul imtahanının vaxtı AÇIQLANDI
27 dekabr 2021 15:47 (UTC +04:00)

Magistraturaya qəbul imtahanının vaxtı AÇIQLANDI

Magistratura səviyyəsinə qəbul imtahanının (I cəhd) vaxtı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, imtahan 20 fevral 2022-ci ildə keçiriləcək.

2022-ci ilin yanvar ayında dövlət qulluğuna (A növü) qəbul və Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı keçiriləcək.
 
Fevral ayında isə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı, dövlət qulluğuna (B növü) qəbul, magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd) və peşə liseylərinin buraxılış imtahanının keçirilməsi nəzərdə tutulur.
Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı  -  23 yanvar,
Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanı  -  23 yanvar,
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı (I, II, III və IV qrup)  - 13 fevral,
Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı  - 13 fevral,
III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə sınaq imtahanı  - 20 fevral,
Magistratura səviyyəsinə qəbul imtahanı (I cəhd)  -  20 fevral,
Peşə liseylərinin şagirdləri üçün buraxılış imtahanı  -  27 fevral,
Peşə liseylərinin Azərbaycan dilindən fərqli dildə təhsil alan şagirdləri üçün dövlət dili (Azərbaycan dili) imtahanı  -  28 fevral,
TOEFL imtahanı  -  8, 22 yanvar, 12, 19 fevral,
GRE imtahanı  - 9 yanvar, 4 fevral,
TKT (Teaching Knowledge Test) imtahanı  -  29 yanvar.

 

# 4083
avatar

Aytəkin Cəlali

Oxşar yazılar