İyulun 5-də 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi başa çatacaq.
Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, iyunun 29-da başlayan proqram və ixtisaslaşma seçimi iyulun 5-i saat 23.59-dək davam edəcək.
Proqram və ixtisaslaşma seçiminə magistraturaya fevralın 28-i və mayın 26-da keçirilən qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.