Pandemiya ilə əlaqədar sosial dəstək tədbirlərindən biri kimi əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadıldığından onlara əlilliyə görə aylıq müavinət və ya pensiya ödənişi davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafəisə Nazirliyindən Lent.az-a verilən məlumata görə, həmçinin sağlamlıq imkanları məhdudluq müddəti həmin vaxtdan bitən uşaqlar üçün də bu müddət uzadıldığına görə onlara da aylıq müavinət ödənilməkdə davam edir.
Qeyd olunan əlilliyi olan şəxslərdən birinci dərəcə əlilliyi olanlara və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlər üçün aylıq təqaüdün verilməsi də davam edir.
Bu sosial müdafiə tədbiri ümumilikdə 14 min şəxsi əhatə edir və bunun üçün 2,6 milyon manat ayrılıb.