Havanın dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,
Bakıda və Abşeron yarımadasında
İyunun 21-də günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında
İyunun 23-ü gündüzədək bəzi yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi-Aran, Naxçıvan MR, Lənkəran-Astara) yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, 21-də bəzi dağlıq və dağətəyi rayonlarda arabir 25-30 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.