Lent.az yazdı, polis hərəkətə keçdi: “Ərazi nəzarətdədir”
16 noyabr 2022 11:45 (UTC +04:00)

Lent.az yazdı, polis hərəkətə keçdi: “Ərazi nəzarətdədir”

Ötən gün “Ulduz” metrostansiyasının yaxınlığında yerləşən narkomaniya yuvasına çevrilmiş yeraltı sığınacaq haqqında reportaj təqdim etmişdik. 

Lent.az-ın reportajında qeyd olunurdu ki, Bakının Nərimanov rayonu, Elçin İsaqzadə yaşayış massivində 1960-cı illərdə Sovet dövründə insanların qorunması üçün tikilən yeraltı sığınacağın indiki sakinləri narkomanlardır. 

Pilləkənlərdən aşağı enərək qorxulu filmləri xatırladan sığınacağa daxil olanda qarşılaşdığımız mənzərə bunu bir daha sübut etdi. Yeraltı dünyanın gözdən uzaq dolanbac qaranlıq otaqlarına daxil olduqca divar künclərində yorğan-döşək və xüsusi dəzgahlara rast gəldik. Bu da onu göstərir ki, bura narkotik istifadəçilərinin etibarlı evinə çevrilib. 

Problemi işıqlandırdıqdan sonra Daxil İşlər Nazirliyi məsələ çevik reaksiya verib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-az açıqlamasında bildirib ki, dünəndən etibarən həmin ərazi tam nəzarətə götürülüb:

“Qeyd olunan ərazidə hazırda Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tam nəzarətə götürülüb. Həmin ərazidə naryad qrupları təşkil olunub və 24 saat ərzində orada xidmət aparılır. Orada neqativ hallar tam aradan qaldırılmayana qədər gücləndirilmiş nəzarət tədbirləri həyata keçiriləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3906
avatar

Fidan İlqar

Oxşar yazılar