Yerli media və sosial şəbəkələrdə Vətən Müharibəsi qəhrəmanları haqqında hazırlanan materiallarla bağlı özlərini “media təmsilçiləri” kimi təqdim edən bir qrup şəxsin şəhid ailələrindən ödəniş tələb etmələri barədə məlumatlar müzakirə mövzusuna çevrilib.
Lent.az məlumat verir ki, özünü “İnform Xəbər TV”nin əməkdaşı kimi təqdim edən Rübabə Vəliyeva ilk olaraq ona şər-böhtan atıldığını bildirsə də, artıq ifşa olunmaqdan ehtiyat edərək şəhid ailələrinin evlərinə yollanaraq, onlardan aldıqları pulları geri qaytarmağa çalışır.
Sözügedən hallardan biri ilə bağlı “ATV” kanalı reportaj hazırlayıb.
Qeyd edək ki, "reket jurnalist"lərin şəhid ailələrindən müəyyən məbləğdə pul alaraq, qarşılığında material hazırlanması barədə ilk olaraq araşdırma Lent.az-da yayımlanıb.
Sözügedən kadrları təqdim edirik: