Laçında həlak olan hərbçilər Sumqayıtda dəfn olundu -  FOTO
29 iyun 2021 17:19 (UTC +04:00)

Laçında həlak olan hərbçilər Sumqayıtda dəfn olundu - FOTO

İyunun 28-də Laçın rayonu ərazisində hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində həlak olan hərbçilər Sumqayıtda dəfn olunub.

Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, iyunun 28-də günorta saatlarında Laçın rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Müdafiə Nazirliyinin məlumatına görə, “KamAZ” markalı hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğlu həlak olub.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

# 2124
avatar

Oxşar yazılar