Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
Lent.az APA-ya istinadla xəbər verir ki, ictimai fəallar aksiyanı gecəboyu davam etdirib. Etirazçılar tələblərinə müsbət cavab alınan günədək etirazlarını davam etdirəcəklərini deyiblər.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb və 113 gündür davam edir.