Külək olacaq, duman çökəcək - SABAHIN HAVASI
11 yanvar 2026 12:27 (UTC +04:00)

Külək olacaq, duman çökəcək - SABAHIN HAVASI

0

Yanvarın 12-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiyada Xidmətindən Lent.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşama doğru mülayimləşəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 14-19° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 11-16° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 797

Oxşar yazılar