Küçəyə atılan 3 aylıq körpədən YENİ XƏBƏR : anası...
26 dekabr 2022 12:25 (UTC +04:00)

Küçəyə atılan 3 aylıq körpədən YENİ XƏBƏR: anası...

Küçəyə atılan 3 aylıq körpəyə hələ də sahib çıxan yoxdur. 

Bu barədə Lent.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovaya məlumat verib.

Xatırladaq ki, dekabrın 19-u küçəyə atılan körpənin görüntüləri sosial şəbəkələrdə paylaşılmışdı. Paylaşımlardan sonra körpə polis əməkdaşları tərəfindən tapılıb. 3 aylıq oğlan uşağı sığınacağa yerləşdirilib.    

Məsələ ilə bağlı Mehriban Zeynalova bildirib ki, körpənin anası tapılsa da, psixoloji durumu yerində deyil:

“Ananı da sığınacağa qəbul etdik. Lakin ananın psixoloji durumunda problem olduğunu düşünürük. Bununla bağlı aidiyyəti qurumlara müraciət etmişik. 3 aylıq körpəyə sığınacaqda qalan digər xanımlar nəzarət edir”.

Qeyd edək ki, ana övladının atası tərəfindən küçəyə atıldığını bildirib.

Onun sözlərinə görə, körpənin atası hərdən uşağı görmək üçün onun yanına gəlirdi:

"Uşağı qırağa atırdı. Uşağa baxmamağımı istəyirdi".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6402
avatar

Arzu Qurbanlı

Oxşar yazılar