Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 72 647 104 nəfərə çatıb.
Lent.az “Worldometers” saytına istinadən xəbər verir ki, koronavirusdan 1 618 913 xəstə ölüb, 50 865 203 nəfər sağalıb.
Xatırladaq ki, Azərbaycanda ümumilikdə 175 874 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 111 918 nəfər müalicə olunaraq sağalıb, 1 922 nəfər vəfat edib, aktiv xəstə sayı 62 034 nəfərdir.