“BioNTech” şirkətinin baş direktoru və həmtəsisçisi, əslən türk olan Uğur Şahin İngiltərənin “The Times” qəzetinə açıqlama verib.
Lent.az məlumat verir ki, koronavirusun mutasiya olunmuş formaları barədə danışan alimin fikrincə, virus mutasiya olunmağa davam edəcək:
“Hazırda virusun mutasiya olunmuş formaları ilkin mərhələdədir. İndi istifadə edilən peyvəndlər koronavirusun burun, ağız və ciyərlərə keçməsinin qarşısını ala bilir. Ancaq virus bədənin başqa nöqtələrindən də keçə bilərək xəstəliyi yaymaq üçün yeni yollar tapa bilər”.
Professor yeni yayılmağa başlayan “Mu” variantı ilə bağlı da sualları cavablandırıb:
“Bununla bağlı araşdırmalar aparmışıq. Bu variant peyvəndlərin yaratdığı immuniteti məhv edə bilməsə də, başqa bir mutasiya olunmuş forma bunu edə bilər”.