Koronavirusdan sağalanlar oruc tuta bilərmi?   - "İftar məclisləri qurulmasın"
14 aprel 2021 19:52 (UTC +04:00)

Koronavirusdan sağalanlar oruc tuta bilərmi? - "İftar məclisləri qurulmasın"

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu Ramazan ayı, o cümlədən orucluq, onun mahiyyəti barədə olacaq.

Bununla bağlı “Əbu Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanova müraciət etdik.

Pandemiya dövründə oruc tutulmasından danışan Q.Süleymanov qətiyyətlə bildirdi ki, müqəddəs Ramazan ayını aclıq və ya diet ayı kimi qəbul etmək düzgün deyil”.

Onun sözlərinə görə, pandemiya dövrü olduğu üçün yaranan bəzi problemlərlə razılaşmalıyıq. O, Ramazanı imtahan və tövbə ayı olaraq da qeyd edib:

“Ramazan ayı hər bir müsəlman üçün mübarək aydır, bu zaman hər bir müsəlman sevinir. Ramazanı aclıq və ya diet ayı kimi qəbul etmək düzgün deyil. Ramazanda Allaha yaxınlaşmaq üçün müsəlmanların daha çox şansı olur. Bu, imtahan, tövbə ayıdır. İnsan Ramazanda özünü tərbiyələndirir. Bu baxımdan orucluq ayı böyük bir məktəbdir. Ona görə də gərək hər müsəlman bu fürsətdən istifadə etsin.

Düzdür, pandemiya dövrüdür, problemlərlə razılaşmalıyıq. Ancaq iftar məclisləri təşkil etməyi məsləhət görmürəm. Amma kimsə öz evində iftar, yaxud sahur (imsak) edirsə, bunda heç bir problem yoxdur. Əgər kimsə koronavirusa yoluxubsa, ya da xəstəlikdən təzə sağalıbsa, həkimin tövsiyəsinə uyğun olaraq, bu il oruc tutmaz. Amma daha sonra tutmadığı orucların qəzasını yerinə yetirər. Ramazan ayında kütləvi məclislərdən ehtiyat etməliyik. Hər bir müsəlmanı Ramazan ayının gəlməsi münasibətilə təbrik edirəm”.

Qeyd edək ki, Azərbaycanda aprelin 14-dən Ramazan ayı başlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4053
avatar

Mehman Nəbiyev

Oxşar yazılar