Koronavirusdan ölənlərin sayı artdı -  SON STATİSTİKA
11 yanvar 2022 16:38 (UTC +04:00)

Koronavirusdan ölənlərin sayı artdı - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 673 yeni yoluxma faktı qeydə alınıb, 392 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib

İndiyədək ölkədə ümumilikdə 622236 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 606311 nəfər müalicə olunaraq sağalıb, 8471 nəfər vəfat edib, aktiv xəstə sayı 7454 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9333, ötən müddət ərzində isə ümumilikdə 5957603 test aparılıb.

.

# 2256
avatar

Oxşar yazılar